Dünyada gedən dəyişikliklər, siyasi proseslər, Azərbaycanda da müxtəlif sahələrdə islahatların həyata keçirilməsi zərurətini yaradırdı. Dünyanın siyasi liderləri arasında özünəməxsus yeri olan, bütün proseslərə çevik reaksiya verən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də islahatların keçirilməsi üçün siyasi iradə nümayiş etdirirdi. O, çox gözəl bilirdi ki, inkişafın yolu birinci növbədə ölkədə aparılacaq islahatlardan keçir. Bəs bütün bunları həyata keçirmək üçün haradan başlamalı, nə etməli? Hər şeyin nədən, necə, nə zaman başlamağı mükəmməl bilən ölkə Başçısı cənab İlham Əliyev yeniliyə birinci növbədə kadr islahatlar ilə başlamağın zəruri olduğunu önə çəkdi. Məhz ona görə də kadr islahatlarının yuxarıdan aşağıya doğru aparılmasını məqsədəuyğun hesab etdi. Bütün bunları edərkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk növbədə xalqın dəstəyinə arxalanırdı. O, bilirdi ki, islahatların həyata keçirilməsi üçün atdığı hər bir addım xalq tərəfindən böyük ehtiramla qarşılanacaqdır. Çünki, ölkə vətəndaşları öz prezidentini sevir və ona rəğbət bəsləyirdi. Onun attdığı hər bir addım yalnız xalqın yaşam tərzinin inkişafına və yaxşılaşmasına xidmət edirdi. Ölkədə köklü islahatlara başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 aprel 2018-ci il tarixdə növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında fərman imzaladı. Halbuki növbəti Prezident seçkilərinin keçirilməsinə hələ 4 il var idi. Ancaq o, yenə də xalqın tam etimadını qazanıb islahatlara başlamaq niyyətində idi. Ölkə Başçısı bütün çıxışlarında qeyd edirdi ki, mən özüm başda olmaqla bütün məmurlar xalqın xidmətçisidir. Bu ölkə Prezidentinin məmurlara ciddi bir mesajı idi ki, kim özünü xalqdan üstün tutursa, o məmura mənim komandamda yer yoxdur. Nəhayət, seçki günü gəlib çatdı. Xalq seçkilərdə böyük fəallıq göstərdi. Xalqın böyük əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyərək, onu yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Yenidən xalqın etimadını qazanan ölkə Başçısı islahatların həyata keçirilməsinə start verdi. Respublikanın bir çox sahələrində struktur dəyişiklikləri həyata keçirildi. Bəzi effektiv fəaliyyət göstər bilməyən komitə və nazirliklər ləğv edilərik digərləri ilə birləşdirildi. Müasir tələblərə cavab verə bilməyən, zamanla ayaqlaşmaqda çətinlik çəkən bir çox kadrlar tutduqları vəzifələrdən uzaqlaşdırıldılar. Yüksək dövlət vəzifələrinə gənc, dinamik, innovasiyalara can atan kadrlar gətirildi. Hazırkı dövrdə də sürətlə aparılan islahatlar onu göstərir ki, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkiləri Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik siyasi hadisədir. Məhz bu seçkilərdən sonra xalqdan təkrar yetgi olan ölkə Başçısı cənab İlham Əliyev geniş islahatlara başladı. Artıq ölkədə mühüm dəyişikliklər baş verir. Məhz, aparılmış köklü islahatların nəticəsində ölkədə ordu quruculuğu möhkəmlənmiş və bunun məntiqi nəticəsi olaraq Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbə çalıb torpaqlarımızı işğaldan azad etmişik. Azərbaycan xalqı əmindir ki, cənab İlham Əliyev tərəfindən başladılan, hal-hazırda geniş vüsət alan islahatlar ölkə vətəndaşları qarşısında geniş imkanlar yaradacaq, onların maddi-rifah halı günü-gündən daha da yaxşı olacaqdır. Ələddin Əhmədov, Xocalı şəhər 3 saylı tam orta məktəbin təşkilatçısı